Fransa, Azərbaycanın müstəqilliyini tanıyan ikinci olkədir ( 31 dekabr 1991 il.)

Fransa  Azərbaycan arasındakı münasibətlər əsasən elmi və mədəniyyət sahəsində daha güclüdür və iki tərəfli əməkdaşlıq 1993-cu ildən bəri, yüksək səviyyədə inkişaf edir.

“Fransa Azərbaycan dostluq cəmiyyəti”  1996 – ci ildən mövcüddür.

Cəmiyyətin məqsədi, Fransa və Azərbaycan arasında iki tərəfli əməkdaşliğı  gücləndirmək üçün çox saylı təşəbbüslər irəli sürməkdir.

Bu təşəbbüslərə misal olaraq Sənt Eqzuperi, Andre Malro, Tuluz-Lotrek, F.Şopən, Röji Varnye, Joel Şaprona həsr olunmuş tədbirləri, “ Fransa Azərbaycan , birlikdə 21-ci əsrə doğru ” , “ Fransızlar  üçün  Azərbaycan dili dərsliyi” kitablarının nəşr edilməsini, Xoreoqrafiya məktəbinin şagirdlərinin tamaşalarını,  Azərbaycanlı pianoçu Gülşən Annagievanın, Sorbonanın böyuk konsert salonunda və Raxmaninof  Konservatoriyasındaki konsertlərini, Kamal Abdullanın “ Yarımçıq əlyazma ” romanının tərcümə və nəşrini, Baninın  100 illik yubileyinin keçirilməsini, Parisdə, INALCO (Şərq dilləri və mədəniyyətləri İnstitutu) –da keçirilən “ Bu günki Azərbaycan- cəmiyyət, dil, ədəbiyyat ” adlı seminarı, Asiyat Fatullayevanın  fotosərgisini, “ Dağliğ Qarabağ ” kitabının nəşrini, George Sandin “ Köroğlu” əsərinin fransızcadan rus və azərbaycan dillərinə tərcüməsini göstərmək olar.

Fransa Azərbaycan dostluq cəmiyyəti hər iki ölkənin yüksək səviyyədə tanınmsına və kəşf edilməsinə şərait yaradır. Cəmiyyət qarşisina  Fransız-Azərbaycan ikitərəfli mübadilə və mədəniyyətlərarası dialoqların inkişaf etməsinə yardım etməyi qarşısına məqsəd qoyub. Həmçinin Azərbaycanlı tələbələrin Fransanın ali təhsil ocaqlarında təhsil alma imkanlarını asanlaşdırmaq məqsədi ilə UNİVERSİTY FOUNDATİON CENTER yaradılmışdır.